AZ

Paşinyan istefa verəcək? - "Hər şeyə rəğmən..."

"Son günlərdə Ermənistan mətbuatında Baş nazir Nikol Paşinyanın istefa verəcəyinə dair xəbərlər tirajlanır".

Bu sözləri politoloq Rəşad Bayramov Hit.az-a açıqlamasında deyib.

Lakin o bildirib ki, sözügedən iddiaların arxasında real faktlar mövcud deyil:

"Yəni hal-hazırda Nikol Paşinyanı istefaya məcbur edə biləcək hər hansısa qüvvə yoxdur. Düzdür, onun reytinqi kifayət qədər aşağı düşüb. Paşinyanın reytinqi 2018 və 2021-ci illə müqayisədə olduqca aşağıdır. Ötən illər ərzində onun nüfuzunun azaldığını Ermənistandakı müstəqil sorğu şirkətləri də sübut edir".

366057

Ekspert qeyd edib ki, bütün bunlara baxmayaraq, indiki vəziyyətdə belə Paşinyan hələ də rəqiblərindən güclüdür:

"O, həm fərd, həm də partiya olaraq rəqiblərindən güclüdür. Yəni Paşinyan hər şeyə rəğmən mövcud Ermənistan müxalifətindən daha böyük nüfuza sahibdir. Hazırda ölkəsində Paşinyanı istefaya məcbur edə biləcək hansısa güc yoxdur". 

Rəşad Bayramov xatırladıb ki, Ermənistanın Baş naziri ayrı-ayrı beynəlxalq güclərin dəstəyi ilə hakimiyyətə gəlib:

"Həmin güclərin də qarşısında konkret öhdəliklər də götürüb. Ona görə də Paşinyandan həmin məsələlərin icra olunması tələb olunur. Üstəlik, Ermənistanın Baş naziri müəyyən mənada sözügedən tələblərə cavab verən siyasət yürüdür. Bu səbəbdən də Paşinyanın istefaya getməsi ancaq onu hakimiyyətə gətirən güclərin tapşırığı əsasında baş verə bilər. 

Düşünürəm ki, ABŞ və Avropa İttifaqındakı bəzi ölkələr tərəfindən belə təzyiq olsa, Paşinyan istefa verməyə məcbur qalacaq. İndiki vəziyyətdə isə onu istefaya göndərəcək güc də, Qərbin Paşinyanı əvəzləyəcək namizədi də yoxdur. Ona görə də bu iddialar həqiqəti əks etdirmir".

Pərviz

Seçilən
1
hit.az

1Mənbələr