"Qalatasaray"ın və Türkiyə millisinin ulduz futbolçularından Barış Alper Yılmaz Avropa klublarının diqqətindədir.
Apasport.az xəbər verir ki, "Başakşehir" matçında qələbənin memarı olan və bu mövsüm Super Liqada vurduğu qolların sayını 10-a çatdıran Barış Alper Yılmazın "taliblər"i artıb.
"Qalatasaray" isə yanvarda Barış Alperin transferinə icazə verməyəcək. "Sarı-qırmızılı"lar mövsümün sonunda milli futbolçu üçün ciddi təklifləri dinləyəcək.
Barış Alperlə "Everton", "Aston Villa", "Nyukasl Yunayted", "Vest Hem Yunayted" və "Latsio" maraqlanır.
"Latsio"nun Barış Alper üçün 20 milyon avro təklif etdiyi bildirilib. Lakin "cimbom" 24 yaşlı futbolçu üçün minumum 30 milyon avto tələb edir.
"İnter"dən kritik xal itkisi
Bundesliqa: “Bavariya”dan darmadağın
“Qalatasaray” oyunçusu üçün gələn təklifi rədd etdi
Zaha karyerasını ABŞ-də davam etdirə bilər
“Marsel”in hücumçusu “Vest Hem”in radarında