Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada başda Qətər və Misir olmaqla vasitəçi ölkələrə göstərdikləri səylərə görə təşəkkür edilib. Açıqlamada bundan sonrakı mərhələdə razılaşmanın bütün maddələrinin həyata keçirilməsi, atəşkəsin qalıcı olması və Qəzzaya təcili humanitar yardımın çatdırılması zərurətinə diqqət çəkilib: “Beynəlxalq ictimaiyyət İsrailin bu məsələlərdəki öhdəliklərini yerinə yetirməsini təmin etməlidir.”
Orta Şərqdə qalıcı sülh və sabitliyin Fələstinə ədalətin təmin edilməsi və fələstinlilərin məruz qaldığı ədalətsizliklərin sona çatması ilə mümkün olacağı vurğulanan açıqlamada bunlar qeyd olunub: “Bu çərçivədə, 1967-ci il sərhədləri əsasında paytaxtı Şərqi Qüds olan, coğrafi bütövlüyə malik, müstəqil və suveren bir Fələstin dövlətinin qurulmasına yönəlik sülh danışıqlarına dərhal başlanmalıdır. Türkiyə qarşıdakı dövrdə də Fələstin xalqına dəstəyini davam etdirəcəkdir.”
İsrailin Qəzza zolağında 2023-cü ilin oktyabrından bu yana davam edən hücumlarında 45 mindən çox fələstinli qətlə yetirilib.