AZ

Hakan Fidan ''Həmas''la İsrail arasında əldə olunan razılaşmanı qiymətəndirdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan Qəzzada atəşkəsin təmin edilməsi üçün əldə olunan razılaşmanın ədalət və insanlıq baxımından çox önəmli bir addım olduğunu vurğulayıb. O, rəsmi "X" internet səhifəsində paylaşım edərək ''Həmas'' ilə İsrail arasında əldə olunan atəşkəs razılaşmasını qiymətləndirib.

Hakan Fidan paylaşımında deyib: "Qəzzada atəşkəsin təmin edilməsi üçün əldə olunan razılaşma ədalət və insanlıq üçün çox önəmli bir addımdır."

Nazir Qətər və Misirin atəşkəsin əldə olunması üçün göstərdiyi səyləri yüksək qiymətləndirərək deyib: "Artıq bu razılaşma tam şəkildə həyata keçirilməli və Qəzzaya humanitar yardımın fasiləsiz çatdırılması təmin edilməlidir. Beynəlxalq ictimaiyyət bu qanuni tələbi yerinə yetirməlidir. Sonrakı prosesdə biz davamlı sülh üçün çalışmalı və müstəqil Fələstin Dövlətinin qurulmasını təmin etməliyik''.

Hakan Fidan həmçinin qeyd edib ki, Türkiyə Fələstin xalqının ədalətli mübarizəsini ilk gündən dəstəkləməyə davam etməkdə və üzərinə düşən bütün məsuliyyəti yerinə yetirməkdə qərarlıdır.

"Zülmün bitdiyi, ədalətin hökm sürdüyü, Fələstinin müstəqillik məşəlinin sərbəst şəkildə alovlandığı bir gələcəyin qurulması üçün var gücümüzlə çalışmağa davam edəcəyik," – deyə Hakan Fidan qeyd edib.

Qeyd edək ki, 2023-cü ilin oktyabrından İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda 45 mindən çox fələstinli həlak olub.



Seçilən
23
16
trt.net.tr

10Mənbələr