AZ

Tanınmış jurnalist Baş nazir olmaq İSTƏYİR

Tanınmış kanadalı jurnalist Kristia Friland Kanadanın baş naziri olmaq istəyir.

Modern.az xəbər verir ki, bu barədə CBC nəşri yazıb.

Kökləri ukraynalı olan kanadalı siyasətçi Liberal Partiyasında liderlik mübarizəsinə qoşula və ölkənin liderliyinə namizədliyini irəli sürə bilər.

Friland əvvəllər maliyyə naziri və baş nazirinin müavini vəzifələrində çalışıb.

Nəşrin mənbələrinə görə, Friland ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən əvvəl namizədliyini elan edə bilər.

Kristia Frilandin atası kanadalı vəkil Donald Friland, anası Ukrayna əsilli Halina Xomyakdır.

Friland jurnalist olub, "Financial Times", "The Washington Post" və "The Economist" qəzetlərində çalışıb. O, "Financial Times" qəzetinin idarəedici direktoru, "Thomson Reuters Digital"in redaktoru olub.

2013-cü ildə jurnalistikanı tərk edib və Liberal Partiyasından deputat seçilib.

Seçilən
0
1
modern.az

2Mənbələr