ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp İsrail və HƏMAS arasında Qəzzada atəşkəslə bağlı razılığın əldə edilməsini alqışlayıb.
Azreform.info xəbər verir ki, Donald Tramp bununla bağlı açıqlama yayıb: "Yaxın Şərqdəki məhbuslarla bağlı razılıq əldə olunub (Qəzzada atəşkəs). Qısa müddətdə azad olunacaqlar. Təşəkkür edirəm".
Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu da HƏMAS-la əldə olunana razılşamaya görə, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampa zəng edərək göstərdiyi dəstəyə görə, ona təşəkkürünü bildirib. Bu barədə İsrail hökumətinin başçısının ofisi məlumat yayıb.
“Baş nazir ABŞ-nin yeni seçilmiş prezidenti Trampa Qəzzada saxlanılan yəhudi girovların azad edilməsində göstərdiyi köməyə və İsrailə onlarla girov və onların ailələrinin iztirablarına son qoymasına kömək etdiyinə görə təşəkkür edib", - məlumatda deyilir.
Netanyahu eyni zamanda ABŞ-nin hazırkı prezidenti Co Baydenə telefonla zəng edərək, ona girovlarla bağlı razılaşmanı təşviq etdiyinə görə təşəkkür edib.
Mürtəza
Azreform.info