Xalq artisti Ağadadaş Ağayevin “Medera Hospital”a qarşı mülki iddiası əsasında keçirilən məhkəmə prosesi yekunlaşıb.
İnterpress.az xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Etibar Mustafayevin sədrliyi ilə keçirilən prosesdə Ağadadaş Ağayev iştirak etməyib.
“Medera Hospital” isə Sənan Şirinov təmsil edib.
Tərəflərin barışıq əldə etdiyi barədə hakimə məlumat verilib.
Qeyd olunub ki, notariusda barışıq əldə olunub, tərəflər bir-birinə qarşı olan mülki iddiadan imtina ediblər.
Daha sonra məhkəmə müşavirə edərək qərar qəbul edib. Qərara əsasən, iddiadan imtina edildiyi üçün icraata xitam verilib.