Ötən gecə Rusiya hava hücumundan müdafiə sistemləri Rusiyanın regionları üzərində Ukraynaya məxsus 27 pilotsuz təyyarəni məhv edib. Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
“Ötən gecə növbətçi hava hücumundan müdafiə bölmələri Ukraynanın 27 pilotsuz təyyarəsini ələ keçirərək məhv edib. 15 pilotsuz təyyarə Belqorod vilayətində, 7-si Voronejdə, 3-ü Tambovda və 2-si Kursk vilayətinin səmasında məhv edilib”, – deyə məlumatda bildirilir.