Tramp hakimiyyəti İsrail- Fələstin müharibəsini bitirə bilərmi?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq Elşən Manafov bildirib ki, Türkiyənin ABŞ-nın yeni hakimiyyətindən əsas gözləntisi Trampın kürd layihəsinə və PKK-ya dəstək verib verməyəcəyi ilə bağlı məsələ olacaq:
“Suriyada mövcud durumun nəzarət altına götürülməsi də hazırda rəsmi Ankaranı düşündürən məsələlərdəndir. Çünki Ankara ilə bağlılığı barədə iddiaların olduğu Culani “Hayat Təhrir əş-Şam” hazırda yalnız Dəməşq və onun ətrafına nəzarəti həyata keçirə bilir. Bu isə ümumi ərazinin 15-20%-i deməkdir. Qalan ərazilərə nəzarət ABŞ-la bağlı Suriya Demokratik Qüvvələri, Ankaranın maliyyələşdirdiyi Suriya Azadlıq Ordusu, PKK ilə bağlı kürd hərbi birləşmələri, İsrailə məxsus Silahlı Qüvvələrin nəzarəti altındadır. Üstəlik Rusiyanın Suriya ərazisində məlum iki hərbi bazası qalmaqdadır. İsrail kəşfiyyatı ilə bağlılığı istisna olunmayan Culani vasitəsilə Suriyadakı vəziyyəti Türkiyənin nəzarət altına almaq istəyi ABŞ-la kordinasiya edilmiş siyasətin həyata keçirilməsini tələb edəcək”.
Politoloq onu da bildirib ki, Trampın isə qatı İsrailpərəst olduğu məlumdur:
“O, İsrailin Türkiyə ilə qarşıdurmasında heç bir vəchlə razı da deyil. İsrail və ABŞ-nin İŞİD və kürd layihəsi ilə bağlı ümumi maraqlara malik olduğu nəzərə alınarsa, tərəflər Türkiyəyə təzyiq üçün məlum layihədən heç vaxt imtina etməyəcəklər. Ərdoğanın ikinci Osmanlı layihəsi, yəni ərəb dünyasında Türkiyənin əvvəlki nüfuzunun bərpa edilməsi ilə bağlı istəyi regionun ayrı-ayrı ərəb siyasi elitaları tərəfindən qısqanclıqla qarşılanır. Suriyada Əsəd rejiminin devrilməsində Ərdoğan dolayısı yolla olsa belə İsrail və ABŞ-nın xeyrinə hərəkətlərə yol verib. İran və Rusiyanın, habelə ərəb dünyasının nüfuzlu liderlərinin dəstəyi olmadan Ərdoğan təkbaşına Fələstin məsələsinin öhdəsindən gələ bilməz”.
Leyla Turan
Demokrat.az
10Mənbələr
-
turkic.worldİsrail Trampın Suriyadan minlərlə əsgəri çıxarmaq planından narahatdır ( 15110069)
-
teleqraf.comTürkiyə və İsrail arasında gərginlik artır - “Toqquşa bilərlər” ( 15108263)
-
axar.azİsrail ordusu bu ərazidən çıxmayacaq - Nazir ( 15105969)
-
oxu24.comİsrail əsgərləri Suriyada hücum əməliyyatlarına hazırlaşır ( 15102695)
-
bizim.mediaİsrail ordusu Suriyadan ÇIXMAYACAQ - VİDEO ( 15102611)
-
report.azQətər HƏMAS və İsrail razılaşmasının ikinci mərhələsi üzrə danışıqlara hazırlaşır ( 15094959)
-
report.azTramp Netanyahu ilə görüşünü təsdiqləyib ( 15082129)
-
Ajans.azLivan İsrail qoşunlarının çıxarılması razılaşmasını fevralın 18-dək uzadıb ( 15064567)
-
ikisahil.azHƏMAS yanvarın 31-dək... ( 15063711)
-
report.azHƏMAS israilli girovları azad etmək niyyətini təsdiqləyib ( 15063339)