AZ

"İnsan alveri qurbanları öz problemlərini ictimaiyyətdən gizlədirlər" - QHT sədri

"Sağlam mühit" Gənclərin İnkişafına Kömək İctimai Birliyinin sədri Əli Mirzəyev QHT.az-a insan alverinə qarşı mübarizə ilə bağlı fikirlərini bölüşüb.

Əli Mirzəyev bildirib ki, insan alveri qurbanlarının öz problemlərini gizlətməsi dövlət qurumları və qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətini çətinləşdirir:

"Adətən insan alveri qurbanları öz problemlərini ictimaiyyətdən gizlədirlər, bu da həm dövlət orqanlarının, həm də bu sahədə fəaliyyət göstərən QHT-lərin işini çətinləşdirir. Ona görə də QHT-lər tərəfindən əhali arasında maarifləndirmə tədbirlərini artırmaq lazımdır. Bu zaman gizlilik prinsiplərini təsbit etməklə ünvanlar və şəxslər haqqında məlumatlar vermək lazımdır. Məlumatlar daxil olduqca onları müvafiq qurumlara, hüquqşünaslara yönləndirmək olar."

QHT sədri vurğulayıb ki, insan alveri ilə mübarizədə əhalinin məlumatlandırılması və onların müvafiq qurumlara müraciət etməsi üçün təşviq olunması əsas prioritetlərdən biri olmalıdır.

 

İnsan Bu yazı QHT.az platforması və İnsan Alverinə Qarşı Mübarizə Üzrə QHT Koalisiyasının birgə əməkdaşlığı ilə “Ölkələrdə Milli Səviyyədə İnsan Alveri Probleminin Qarşısının Alınması Aylığı”çərçivəsində hazırlanıb.

 

Pərvanə Fərhadqızı

Seçilən
7
qht.az

1Mənbələr