Qazaxıstanın Mangistau vilayətindən olan ekoloqlar Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı ərazidə araşdırma aparıblar.
Axar.az xəbər verir ki, məlumatı Tengrinews.kz yayıb.
Bildirilib ki, "Embraer 190" təyyarəsinin qəza yerində ətraf mühitin çirklənməsinin müəyyən edilməsi zərurəti ilə əlaqədar olaraq mütəxəssislər tərəfindən torpaq nümunələri götürülüb.
Nəticələr bir müddət sonra açıqlanacaq.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Qazaxıstana istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.