AZ

Meta süni intellektə sərmayə qoyuluşunu artırır

Bakı, TurkicWorld

Meta, süni intellekt sahəsində irəliləmək üçün işçi qüvvəsində mühüm dəyişikliklər etməyə hazırlaşır.

TurkicWorld xəbər verir ki , şirkət 2025-ci ilə qədər texnoloji yenilikləri inkişaf etdirmək və məhsullarında əhəmiyyətli təkmilləşdirmələr etmək məqsədilə işçi heyətinin 5%-ni ixtisar etməyi planlaşdırır.

Meta, təxminən 3600 işçini işdən çıxarmağı planlaşdırır. Şirkət rəhbərliyi aşağı nəticələr göstərən işçiləri müəyyən edərək, çıxarılmadan əvvəl bu işçilər ətraflı qiymətləndirmədən keçirəcək və çıxarılan işçilərə müvafiq kompensasiya ödəniləcək.

Meta, süni intellekt sahəsindəki fəaliyyətini genişləndirmək üçün ixtisar olunan işçilərdən boşalan vəsait və resursları yeni işə qəbullara yönəltməyi planlaşdırır.

Belə ki, şirkət artıq Meta AI platformasını təqdim edib və bu texnologiyanı 500 milyon istifadəçisinə çatdırıb.

Bu sistemin 2025-ci ildə istifadəçilərə təqdim edilməsi planlaşdırılır.

Meta-nın baş direktoru Mark Zukerberq isə , ixtisarların şirkətin böyümə strategiyasının bir hissəsi olduğunu vurğulayaraq,aşağı performans göstərən işçilərin işdən çıxarılması qərarının çətin, lakin zəruri olduğunu əlavə edib.

Seçilən
7
turkic.world

1Mənbələr