AZ

İndoneziyada əhaliyə vulkanla bağlı xəbərdarlıq edilib

İndoneziyanın Şimali Maluku əyalətindəki İbu vulkanında partlayış baş verib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İndoneziya Milli Fəlakət Mərkəzi (BPBD) məlumat yayıb.

Məlumata görə, Şimali Malukudakı Halmahera adasının şərqində yerləşən İbu vulkanının püskürməsi nəticəsində ətrafa xeyli miqdarda vulkanik kül yayılıb.

Bölgə sakinlərinin müvəqqəti təxliyyə məntəqələrinə köçürülməsi işlərinə start verilib.

Əhaliyə vulkanın yerləşdiyi dağa 4 kilometrdən artıq yaxınlaşmamağa dair xəbərdarlıq edilib.

Qeyd edək ki, tektonik zonada yerləşən İndoneziyada təxminən 130 aktiv vulkan var.

Şəbnəm Mehdizadə
Seçilən
17
e-huquq.az

1Mənbələr