Kəlbəcərdə özünü güllələyən Azərbaycan ordusunun hərbi qulluqçusu Adil Baxşəliyevlə bağlı yeni detallar məlum olub.
Bizim.Media modern.az-a istinadən xəbər verir ki, Adil Baxşəliyev Bakı şəhərində, "28 May" metrostansiyası yaxınlığında yaşayıb.
6 ay əvvəl Kəlbəcərə hərbi xidmətə yollanan 24 yaşlı Adil Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında həm bakalavr, həm magistr təhsili alıb. O, təhsil aldığı müddətdə rəssamlıqla məşğul olub.
Adil Baxşəliyevin atası azərbaycanlı, anası rusdur. Onlar ailədə 8 uşaq - 7 qardaş, 1 bacı olublar.
Qeyd edək ki, hadisə dekabr ayının sonunda baş verib. Əsgər odlu silahdan atəş açmaqla özünü öldürüb. Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta