“CulTech Hakaton”unda III yer tutan Bakı Ali Neft Məktəbinin (BANM) “Eventify” komandası “CulTech İnkubasiya Proqramı”na qəbul edilib.
Bu barədə TƏHSİL.BİZ -ə Bakı Ali Neft Məktəbindən (BANM) məlumat verilib. Bildirilib ki, universitetin tələbələri layihələrini Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın qarşısında təqdim edərək böyük təqdir qazanıblar.
Tələbələr:
Aqşin Kərimov - Kompüter mühəndisliyi III
İlham Yaqubzadə - Proseslərin avtomatlaşdırılması mühəndisliyi III
Tural Bədəlzadə - Proseslərin avtomatlaşdırılması mühəndisliyi III
Natiq Məmmədov - İnformasiya təhlükəsizliyi III
Həsənəli Əsədov - Proseslərin avtomatlaşdırılması mühəndisliyi IV
Tofiq Məmmədov - Proseslərin avtomatlaşdırılması mühəndisliyi IV
Elnar Babayev - Biznesin idarə edilməsi III
Qeyd edək ki, bu proqram Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin dəstəyi, eləcə də SUP.VC təşkilatçılığı ilə keçirilib.