AZ

Bayden getmədən öncə yeni sanksiyalar – Bu ölkələrdəki şirkətlər hədəf alındı

ABŞ Maliyyə Nazirliyi Rusiyanın maliyyə, müdafiə və enerji sektorlarını hədəf alan yeni sanksiyaları açıqlayıb.

News24.az xəbər verir ki, açıqlamaya görə, Rusiya və Çindəki aktorlar arasında həssas mallara görə ödənişləri asanlaşdırmaq üçün nəzərdə tutulan sanksiyalardan yayınma sxeminə müdaxilə edilib.

Bu çərçivədə Rusiyadan 6 şirkət və bir nəfərin, Çindən isə 9 şirkətin sanksiya siyahısına əlavə edildiyi açıqlanıb. ABŞ Dövlət Departamenti Rusiyanın müdafiə sənayesi şirkətlərinə və hərbi sənaye bazasına dəstək verən 150-dən çox təşkilat və şəxsə qarşı sanksiyaların tətbiq edildiyini açıqlayıb.

Sanksiyalar Rusiyanın ABŞ sanksiyalarından yan keçmək səylərini dəstəkləyən müxtəlif ölkələrin aktorlarını, xüsusən də Çindəki şirkətləri hədəf alır.

Aynurə



Seçilən
1
news24.az

1Mənbələr