1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Türk Hava Yolları" (THY) aviaşirkəti Türkiyə ilə Suriyanın paytaxtı Dəməşq arasında 13 il əvvəl dayandırılmış hava əlaqəsini bərpa edəcək.
Oxu.Az-ın məlumatına görə, bu barədə aviaşirkətin baş direktoru Bilal Ekşi özünün "X" sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, THY həftədə üç dəfə Dəməşqə uçuş həyata keçirəcək. İlk uçuş yanvarın 23-də baş tutacaq.
Aviadaşıyıcının saytındakı məlumata görə, söhbət İstanbulla Suriya paytaxtı arasındakı uçuşlardan gedir.
Qeyd edək ki, Türkiyə ilə Suriya arasında hava reysləri 2012-ci ildə dayandırılıb.
Xatırladaq ki, dekabrın 8-də Suriyanın silahlı müxalifəti Dəməşqin ələ keçirildiyini və əvvəlki hökumətin süqutunu elan edib. Suriya prezidenti Bəşər Əsəd ölkədən qaçaraq, Rusiyada siyasi sığınacaq alıb. Respublikanın müvəqqəti baş naziri Məhəmməd əl-Bəşir 2025-ci ilin martına qədər fəaliyyət göstərəcək müvəqqəti hökumətin formalaşdırıldığını elan edib.
Dəməşq hava limanı Suriyada hakimiyyət dəyişikliyindən sonra təxminən biraylıq fasilədən sonra - yanvarın 7-də fəaliyyətini bərpa edib.