AZ

Sakit okeanda güclü zəlzələ oldu

Sakit okeanda Solomon adaları yaxınlığında 5,7 bal gücündə zəlzələ baş verib.

 

Sfera.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. 

 

Qeyd edilir ki, yeraltı təkanların episentri Santa Kruz arxipelaqının sahillərində, Vanikoro adasından 10 km cənubda və Nendo adasından 33 km cənub-şərqdə yerləşib. 

 

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Həmçinin, sunami təhlükəsi elan olunmayıb.

 

Seçilən
1
2
sfera.az

3Mənbələr