“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.

Offsideplus.az xəbər verir ki, komanda yarımmüdafiəçi Alfons Msanga Mabulanı heyətinə qatıb.

Tanzaniyalı yarımmüdafiəçi ilə il yarımlıq (6 ay + 1 il) müqavilə imzalanıb.

Qeyd edək ki, Serbiya “Spartak”ına (Subotitsa) məxsus 21 yaşlı futbolçu son olaraq icarə əsasında həmin ölkənin “Novi Sad” klubunda oynayıb.