Bu gecə Rusiya ərzisinə Ukrayna dronlarının hücumu olub.
Herbiand.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, hava hücumundan müdafiə sistemləri gecə saatlarında Rusiyanın dörd regionunda 27 Ukrayna PUA-sını məhv edib.
Hücum nəticəsində Voronej vilayətinin Liski rayonundakı neft bazasında yanğın başlayıb. Bu barədə regionun rəhbəri Aleksandr Qusev Telegram kanalında məlumat verib.
Qusevin sözlərinə görə, əvvəlcə yanğının söndürülməsi obyektə təkrar hücumlar təhlükəsi ilə çətinləşib. Onlarla maşın və iki yanğınsöndürən qatar bir neçə su anbarında yanğınla mübarizə aparır.
Hadisə yerinə iki qonşu rayondan əlavə qüvvələr göndərilib.
İlkin məlumata görə, itki yoxdur.