AZ

Azərbaycanın irəli sürdüyü layihələr TDT ilə əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir

Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Şimal-Cənub nəqliyyat dəhlizləri və Trans -Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Azərbaycanın tranzit potensialını artıraraq Türk Dövlətləri Təşkilatının (TDT) iqtisadi inteqrasiyasının dərinləşməsində önəmli rol oynayır.

Bunu Türk Dövlətləri Təşkilatının Gömrük Xidməti Rəhbərlərinin 10-cu iclasında Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov deyib.

DGK sədri qeyd edib ki, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatında qarşılıqlı fəaliyyətə xüsusi önəm verir: “Azərbaycanın irəli sürdüyü regional və beynəlxalq layihələr TDT ilə əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir”.AZƏRTAC

Seçilən
1
2
vergiler.az

3Mənbələr