AZ

TDT ölkələrinin gömrük xidmətlərini genişləndirmək üçün bir çox imkanları var - Sezai Uçarmak

Bakı. Trend:

Türkdilli Dövlətlər Təşkilatına üzv ölkələrin gömrük və ticarətxidmətlərini genişləndirmək üçün bir çox imkanları var.

Trend xəbərverir ki, bu barədə Türkiyənin ticarət nazirinin müavini və Gömrükİdarəsinin rəhbəri Sezai Uçarmak Türkdilli Dövlətlər Təşkilatına(TDT) üzv ölkələrin gömrük xidmətləri rəhbərlərinin X iclasındaçıxışı zamanı deyib.

O qeyd edib ki, hər ölkənin müəyyən standartları var və bunlarıbir anda dəyişmək asan deyil.

"Ticarətin qarşısında daha bir əngəl mal və daşıyıcı arasındaolan əlaqəni düzgün anlamamaqdır. Bu məsələni həll etsək, düşünürəmki, bəzi problemlər aradan qalxa bilər. Dünya Gömrük Təşkilatınıniclaslarında hər birimiz iştirak edirik. Onların özlərinin özproqramları, strategiyaları mövcuddur. Bunları qəbul etmək, ticarəthəyatımıza salmaq mövzusunda uğurlu olsaq, bizim üçün faydalıolacaq.

Düzdür, aramızda bir sıra razılaşmalar mövcuddur. Lakin ticarətmövzusunda əməkdaşlığı genişləndirsək, hər birimiz üçün yeniimkanlar yaranacaq", - deyə o bildirib.

Qeyd edək ki, Bakıda Türkdilli Dövlətlər Təşkilatının gömrükxidməti rəhbərlərinin sayca X iclası keçirilir. Toplantıçərçivəsində çoxsaylı sazişlərin bağlanacağı gözlənilir.

Xatırladaq ki, TDT-nin gömrük xidməti rəhbərlərinin sayca 9-cuiclası 2023-cü ilin dekabr ayında Özbəkistanın paytaxtı Daşkənddəkeçirilmişdi.

Məqalədə:
Seçilən
6
3
az.trend.az

4Mənbələr