AZ

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə yeni sədr təyin olundu

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub.

Olaylar.az xəbər verir ki, bu vəzifəyə Fərid Osmanov təyin olunub.

Ona qədər isə bu vəzifəni 2023-cü ildən etibarən İnarə Vəliyeva icra edib.

Qeyd edək ki, Fərid Osmanov Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsində bakalavr və magistratura səviyyələrini bitirib. Həmçinin F. Osmanov Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsini dünya iqtisadiyyatında informasiya texnologiyaları ixtisası üzrə bitirib, daha sonra Böyük Britaniyanın Mançester Universitetində informasiya sistemləri və idarəetmə üzrə magistr dərəcəsi alıb.

O, 2005-ci ildən Azərbaycan Mərkəzi Bankının (AMB) İnformasiya texnologiyaları departamentində müxtəlif vəzifələrdə çalışıb, 2013-cü ildə həmin departamentin direktoru vəzifəsinə təyin edilib. 2020-ci ildən AMB-də baş direktor vəzifəsində fəaliyyətini davam etdirib.

Fərid Osmanov 2024-cü ilin avqust ayından rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri vəzifəsində çalışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
21
olaylar.az

10Mənbələr