AZ

Prezident Davosda iştirak edə bilər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda (İsveçrə) keçiriləcək iqtisadi forumun iştirakçıları siyahısına daxil edilib. 

Yenicag.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Dünya İqtisadi Forumunın 2025-ci ildəki illik iclası yanvarın 20-dən 24-dək keçiriləcək. 130 ölkədən 3000-ə yaxın nümayəndə və 350 hökumət başçısı iştirak edəcək.

Ölkə liderinin Davosda iştirak edəcəyi gözlənilir.

Həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın adı da bu siyahıya daxil edilib./unikal

Seçilən
2
4
yenicag.az

5Mənbələr