AZ

Türkmənistan TDT-nin elektron icazələr sisteminə qoşulacaq

Bakı.Trend:

Türkmənistan Türkdilli Dövlətlər Təşkilatının (TDT) üzvdövlətləri arasında elektron icazələr sisteminə qoşulmağahazırlaşır.

Trend xəbərverir ki, bunu TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev TDT-ningömrük xidməti rəhbərlərinin 10-cu iclasında etdiyi çıxışdabildirib.

“Trans-sərhəd ticarət yarışı, nəqliyyat xərclərinin artımı, uzunsürən sənəd yoxlanışları, çətin gömrük və tranzit prosedurları kimiqlobal çağırışlar şəraitində, bu kimi problemlərin həlli bizimregionun iqtisadi dayanıqlılığı və inkişafı baxımından həyatiəhəmiyyət daşıyır.

Bizim “Türk dünyası 2040 vizyonu” adlı strateji sənədimizə uyğunolaraq, TDT Orta dəhliz boyunca üzv dövlətlərin gömrük və ticarətproseslərini sadələşdirməyə səy göstərir. Bizim üzv dövlətlərinmühüm nailiyyətlərinə misal kimi 2022-ci ildə UNICEF-lə əməkdaşlıqçərçivəsində Özbəkistan və Azərbaycan arasında TIR elektronsisteminin uğurlu fəaliyyətini göstərmək olar. Biz TDT regionununTIR elektron sisteminin gerçəkləşməsində lider olmasına canatırıq”, - deyə o bildirib.

Ömüralıyev qeyd edib ki, bir təşkilat olaraq TDT tam olaraq üzvdövlətlər, UNICEF və IRU ilə əməkdaşlıq çərçivəsində bu təşəbbüsündəstəklənməsi və inkişaf etdirilməsi üzrə götürdüyü öhdəliklərə tamolaraq sadiqdir.

“Biz üzv dövlətlərimiz arasında elektron icazələri sisteminingenişləndirilməsi üzərində aktiv işləyirik. Türkmənistan da butəşəbbüsə qoşulmağa hazırlaşır ki, bu da öz növbəsində əlaqələrimöhkəmləndirəcək və türk dövlətləri arasında regional inteqrasiyanıdaha da dərinləşdirəcək. Ötən il biz “YURTA” adı altında Türkregionunda beynəlxalq avtodaşıyıcı assosasiyalarının İttifaqını,həmçinin, Türk dövlətlərinin logistika mərkəzlərinin vəyükdaşıyıcılarının Alyansını yaratmışıq”, - deyə baş katibbildirib.

Seçilən
9
az.trend.az

1Mənbələr