Hind aktyoru Saif Əli Xan gecə saatlarında Mumbaydakı mənzilinə hücum nəticəsində altı bıçaq yarası alıb.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Hindistan polisi məlumat yayıb.
Məlumata görə, cinayətkar oğurluq məqsədilə aktyorun Mumbayın prestijli Bandra rayonunda yerləşən mənzilinə girib. Həmin vaxt mənzildə aktyorun həyat yoldaşı – Bollivud aktrisası Karina Kapur, onların dörd və səkkiz yaşlı iki uşağı və xidmətçi olub.
Hazırda xəstəxanada olan aktyorun həyatı üçün təhlükə yoxdur.
Cinayətkar qaçmağa müvəffəq olub və polis tərəfindən axtarılır.