Bakı. Trend:
Azərbaycanda dövlət dəstəkli aqrar sığorta mexanizmindənfaydalanan fermer və təsərrüfatların sayı artmaqdadır. Müxtəlifhadisələrdən zərər çəkmiş təsərrüfatlara sığorta ödənişləri davametdirilir. Bu çərçivədə Ağcabədi, Samux və Goranboy rayonlarındameyvə bağları, taxıl sahələri və mal-qara üzrə ödənişləredilib.
Aqrar Sığorta Fondundan Trend-ə verilən məlumata görə, Ağcabədi rayonundafermer Həbib Hüseynova məxsus alça bağında dolu vurması nəticəsindəbaş verən sığorta hadisəsi üzrə təsərrüfata 17 870 manat məbləğindəsığorta ödənişi edilib.
Goranboy rayonunda Rəhibli kəndində fermer Sadiq Abdullayevəməxsus arpa əkini sahəsinə sel-subasma hadisəsi nəticəsində dəyənzərər üzrə 13 791 manat sığorta ödənişi həyata keçirilib.
Eyni zamanda Goranboy rayonunda fermer Nadir Həsənova məxsusalça bağına fırtına hadisəsi nəticəsində dəyən zərər üzrə 17 012manat məbləğində ödəniş həyata keçirilib.
Samux rayonunda isə fermer İlkin Mirzəyevə məxsus iribuynuzlumal-qaranın yoluxucu xəstəlik nəticəsində tələf olması üzrə fermerə3600 manat məbləğində sığorta ödənişi həyata keçirilib.
"Sığorta ödənişi tədbiri çərçivəsində Goranboy rayonunun Rəhimlikəndində fermerlərlə görüş keçirilib, Aqrar Sığorta Fondununnümayəndələri yerli sakinlərə aqrar sığorta, onun üstünlükləri,aqrar sığorta şərtləri, aqrar sığortanın əhatə etdiyi məhsullar vətəminat verdiyi risklər barədə geniş məlumat veriblər.
Heyvanlarını və əkin sahələrini sığorta etmək istəyən fermerlərAqrar Sığorta Fondunun yerli filiallarına və 1651 Çağrı mərkəzinəmüraciət edə, sığorta tariflərini isə Aqrar Sığorta Fondununwww.asf.gov.az rəsmi səhifəsində, Sığorta kalkulyatorlarıbölməsindən özləri hesablaya bilərlər", - deyə məlumatda qeydolunub.