"Çox adam xoşbəxtliyi pul ilə əlaqələndirir, pulu isə tale ilə bağlayır. Hərənin də öz taleyi var. Pulu görməmiş adam bunu xoşbəxtlik hesab edə bilər. Amma pulu görmüş adam heç vaxt pulda xoşbəxtlik görmür".
News24.az xəbər verir ki, bu sözləri hüquq elmləri doktoru, professor İlham Rəhimov RTV-də yayımlanan “Qaranlıqda həqiqət” layihəsində tanınmış yazıçı və hüquqşünas Müşfiq Abbasova müsahibəsi zamanı deyib.
"Mən Leninqrada olarkən orada yeməkxanada yemək yeyərdim, pul verməzdim, mənə inandıqları üçün ora (dəftərə) yazırdılar. Bilirdilər ki, mən həmişə ödəmişəm. Pulum olamayanda da şəhərdə gəzəndə özümü xoşbəxt hiss edirdim. Deyirdim, məndən xoşbəxt adam yoxdur.
Heç kim demir ki, insanda pul olmamalıdır. Sadəcə olaraq, xoşbəxtlik pul səndə olarkən onu necə istifadə etməyindədir", - deyə o bildirib.
Ətraflı videoda:
Günel Məlikzadə