AZ

Qaçqınkom bir milyona Məlumat Sistemi yaradır

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzər Dövlət Komitəsi yeni tenderinin nəticəsini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, Komitə yeni tenderi ilə Məcburi Köçkünlərin Məlumatları Sisteminin yaradılmasını həyata keçirəcək.

Bununla bağlı “AİSTGROUP” MMC ilə müqavilə imzalanıb. Həmin müqavilənin dəyəri isə 975.270 manatdır.

Qeyd edək ki, “AİSTGROUP” MMC İT sahəsində təcrübəli şirkətlərdən biridir. Lakin şirkətin adı daha çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçirdiyi tenderələrdə çəkilir. Hətta bir ara yalnız bu nazirliyin tabeliyində olan qurumların keçirdiyi müsabiqələrin qalibi olurdu.

Tribunainfo.az bildirir ki, rəsmi mənbələrdə şirkətin 2011-ci ilin aprelində yaradıldığı, nizamnamə kapitalının 100 manat olduğu qeyd edilib. Həmin mənbələrdə şirkətin təsisçisinin Fuad Abdullayev olduğu bildirilib.

Maraqlıdır, “Qaçqınkom” uzun illərin dövlət qurumudur. 30 ildir yaradılmış Komitənin indiyə qədər qaçqın və köçkünlərlə bağlı Məlumat Sistemi olmayıb ki?

 

Seçilən
4
tribunainfo.az

1Mənbələr