AZ

Borc müqaviləsi necə bağlanmalıdır? - AÇIQLAMA

Geri qaytarılmaq şərti ilə verilən pul və ya əşyaya borc deyilir. İnsanların bir-birinə kömək etmə yollarından biri də məhz elə borc alıb-verməkdir. İnsanların əksəriyyəti borc verdikdən sonra pulunu geri ala bilmir. Çünki borc alan pulu ona geri ödəyəcəyini desə də müxtəlif səbəblərdən bunu edə bilmir. Məbləğin yüksək olması isə daha böyük problemlər, mübahisələr yaradır. Ona görə də bəziləri borc verməzdən əvvəl borc müqaviləsinin imzalanmasını tələb edirlər. Əksər şəxslər isə ya həmin müqavilə ilə bağlı hələ də məlumatları yoxdur, ya da ehtiyac olmadığını düşünürlər.Ümumiyyətlə, borc müqaviləsi nə deməkdir? Sözügedən müqavilə necə bağlanır?Hüquqşünas Anar Qasımlı Missiya.Az- a açıqlamasında deyib ki, borc müqaviləsinə əsasən, borc verən pul və yaxud digər əvəz edilən əşyaya mülkiyyət hüququnu borc alanın mülkiyyətinə verir:“Borc müqaviləsi şifahi və yazılı formada bağlanıla bilər. Əgər borc predmeti 3000 manatdan artıqdırsa və tərəflərdən biri hüquqi şəxsdirsə bu halda yazılı halda sözügedən müqavilə bağlanmalıdır. Digər hallarda isə şifahi formada da aparıla bilər. Lakin, daha çox yazılı məsləhət görülür. Bu ona görə çox tövsiyə edilir ki, borc qaytarılmadığı təqdirdə borc verənin əlində sübutu olsun, məhkəmədə haqqını tələb etməsi üçün vacibdir. Həmin müqavilə üzrə faizlərin də müəyyən olunması mümkündür. Bəzən vətəndaşlar elə hesab edir ki, faiz vermək qanunla qadağandır. Ancaq belə bir qadağa yoxdur. Əsas odur ki, qanunvericiliyin tələblərinə riayət olunsun, qazanılmış gəlirdən vergilər və s. ödənilsin”.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
0
missiya.az

1Mənbələr