AZ

Ermənistanın Aİ-yə üzvlük məsələsi daxili narazılıqlar yaratdı – Rusiyadan gözlənən ağır zərbələr

Ermənistanın Avropa İttifaqına üzvlüyü ilə bağlı qanun layihəsi təsdiqlənəndən sonra Rusiyadan gələn təhdidlərin baş nazir Nikol Paşinyanı narahat etdiyini və onun bir neçə gün əvvəl İcevanda icra və qanunvericilik orqanlarının rəsmilərinin iştirakı ilə müzakirələr təşkil edərək çıxış yollarının tapılmasını təklif etdiyini yazmışdıq. Erməni baş nazirinin narahatlığı daha çox iqtisadiyyata gözlənilən ağır zərbələrlə bağlıdır. 

Missiya.Az xəbər verir ki, “Hraparak” qəzeti də mövzu ilə bağlı yeni məqalə dərc edib.

“Paşinyan bəyan etdi ki, geri addım atmaq və layihəni qəbul etməkdən imtina etmək mümkün deyil. Lakin Aİ-yə üzvlüklə bağlı qanun layihəsi parlamentdə olsa da, Milli Assambleyanın bazar ertəsi baş tutacaq yaz sessiyasının ilk iclasının gündəliyinə daxil edilməyib. 

"Hakim “Mülki Müqavilə” partiyasının bir çox deputatı qanun layihəsini “təhlükəli nəticələri olan macəra” hesab edərək qəbul edilməsinə qarşı çıxır. Yeri gəlmişkən, layihənin mətni hakim partiyada zarafat mövzusuna çevrilib. Çoxları Avropaya tələsənlərin savadsızlıq və primitivlik səviyyəsindən şoka düşdüklərini deyirlər”, - məqalədə belə qeyd olunur. 

Qeyd edək ki, erməni ekspertlərin bəziləri ölkənin iqtisadi cəhətdən Rusiyadan asılı olduğu bir vaxtda Avropaya üz tutmasını “intihara cəhd” kimi qiymətləndirirlər. 

ElcanMissiya.Az

Seçilən
1
missiya.az

1Mənbələr