AZ

SEPAH: İsrail HƏMAS ilə razılaşmanı poza bilər...

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin HƏMAS-la atəşkəs razılaşmasını poza biləcəyi barədə xəbərdarlıq edib...

Poliqon xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib. SEPAH HƏMAS-ı yeni hərbi toqquşmaların baş verəcəyi təqdirdə döyüş hazırlığını qorumağa çağırıb.

“Qəzzada islami müqavimət cəbhəsinin digər iştirakçıları ilə həmrəylik ifadə edərək, Livandakı “Hizbullah” hərəkatının və Yəməndəki “Ənsarullah” hərəkatlarının və İraqdakı islam mücahidlərinin müqavimətin şücaətinə heyran qalaraq, sionist şeytan tərəfindən razılaşmaların mümkün pozulması barədə xəbərdarlıq edir və xatırladarıq ki, yeni müharibələrə və cinayətlərə qarşı döyüş hazırlığının saxlanması vacibdir. Müsəlmanların qələbəsi şərəfinə Məscidül-Əqsada namaz qılacağımıza ümid edirik”, deyə SEPAH-ın mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Qeyd edək ki, dünən, yanvarın 15-də Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman əl-Tani İsrail və HƏMAS arasında Qəzza zolağından girovların azad edilməsi və anklavda atəşin dayandırılması ilə bağlı razılığın əldə olunduğunu rəsmən elan edib. Qətərin baş nazirinin sözlərinə görə, sənəd yanvarın 19-dan qüvvəyə minəcək.

Müqavilənin birinci mərhələsi 42 gün davam edəcək. Bu mərhələnin bir hissəsi kimi HƏMAS anklavda saxlanılan 33 israillini azad etməlidir. İsrail də öz növbəsində fələstinli məhbusları həbsdən azad etməyi öhdəsinə götürüb. Razılaşma İsrail qoşunlarının Qəzza zolağının şərqindəki yaşayış məntəqələrindən çıxarılmasını nəzərdə tutur. Anklava humanitar yardımın çatdırılmasında artım gözlənilir. Müqaviləyə əsasən, evlərini itirmiş vətəndaşlar üçün yanacaq və zəruri malların idxalına icazə veriləcək.

Poliqon.info

Seçilən
1
poliqon.info

1Mənbələr