Kərim Vəliyev Azərbaycanın NATO nümayəndəliyində olub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Azərbaycanın NATO nümayəndəliyində olub.
“Report” xəbər verir ki, bu barədə nümayəndəlik “X” hesabında məlumat yayıb.
Bildirilib ki, Kərim Vəliyev NATO Hərbi Komitəsinin Baş Qərargah Rəisləri Sessiyasında iştirak etmək üçün Belçikanın paytaxtı Brüsseldə səfərdədir.
“Sözügedən səfər çərçivəsində general-polkovnik Kərim Vəliyev Azərbaycanın NATO-dakı missiyasında da olub”, - məlumatda qeyd olunub.
First Deputy Minister of Defense - Chief of General Staff of the #AzerbaijanArmy, Colonel General Karim Valiyev is on a visit to @NATO HQ, to participate at the NATO Military Committee in Chiefs of Defense Session.