Tehranın İslamşəhr bölgəsində benzin daşıyan avtomobillər partlayıb.
"Azad İran" "Telegram" kanalı bu barədə İran KİV-ə istinadən xəbər verir.
Hələlik insidentin başvermə səbəbi məlum deyil.
Qeyd edək ki, daha öncə sosial şəbəkələrdə edilən paylaşımda partlayışın qaz yanacaqdoldurma məntəqəsində baş verdiyi bildirilirdi.
Milli.Az