AZ

Marketlərdə satılan bu məhsul tələsik yığışdırıldı – 12 nəfər yoxulub

Albert Heijn, Hepatit A riski səbəbiylə Hollandiya və Belçikadakı mağazalarındakı qaragilə məhsullarının geri gətirildiyini açıqlayıb.

Tribunainfo.az “Sözcü” qəzetinə istinadən bildirir ki, geri gətirilən məhsullardan 12 nəfər xəstələnib, 2 nəfər xəstəxanaya yerləşdirilib.

Hollandiya və Belçikadakı Albert Heijn (AH) supermarket şəbəkələrində hepatit A virusu ilə yoluxma riski səbəbindən satılan bəzi qaragilə məhsullarının geri çağırılması barədə qərar qəbul edilib. Son Avropa Birliyinin məlumatına görə, Hollandiya Milli İctimai Sağlamlıq və Ətraf Mühit İnstitutu (RIVM) bu günə qədər 12 nəfərin xəstələndiyini, ikisinin xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

Xəstələnənlərin yaşının 25 ilə 77 arasında olduğunu, xəstəxanaya yerləşdirilən iki nəfərdən birinin 49, digərinin isə 76 yaşında olduğunu söylədi. Franz, hepatit A virusunun təsirinin insandan insana dəyişə biləcəyinə, ancaq qızdırma, sarılıq, qara sidik və rəngsiz nəcis kimi simptomların müşahidə edildiyinə diqqət çəkib.

Dəniz

Seçilən
8
tribunainfo.az

1Mənbələr