AZ

Bakıda müğənninin restoranında dava düşdü

Müğənni kimi fəaliyyət göstərən Məcid Şamiloğlunun "By Məcid" restoranında dava düşüb. 

Azreform.info -ın Qaynarinfo-ya istinadən məlumatına görə, hadisə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində baş verib. 

Belə ki, iki nəfər restoranda dava-dalaş dalaraq, nalayiq ifadələr işlədiblər. Onlarlın hərəkətlərinə polis müdaxilə etməli olub. Qanun keçikçiləri həmin şəxsləri ayıraraq, xidmət etdikləri avtopatrula dəvət ediblər. 

Bu zaman dava-dalaşda iştirak edən şəxslərdən biri polisin tələbinə tabe olmayıb və avtopatrula oturmaqdan imtina edib. Həmin şəxsin dost-tanışları da onu avtomobilə mindirmək istəyən polislərə maneələr olunlar. Sonradan polis əməkdaşlarının köməyi ilə dava salan şəxs avtomobilə mindirilib.

2000-ci ildə Masallı şəhərində anadan olmuş B.H. barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 150 manat cərimə edilib.

 

Seçilən
4
1
azreform.info

2Mənbələr