AZ

Tarif Şurasının səlahiyyətləri Milli Məclisə verilə bilərmi? - AÇIQLAMA

“Tarif Şurasının səlahiyyətlərinin Milli Məclisə verilməsi hazırda konstitusion əsaslı qanunvericiliyə ziddir. Bunu indiki halda mümkün hesab etmirəm. Əlbəttə, bunun üçün ciddi qanun dəyişiklikləri etmək lazımdır. Bilirsiniz ki, Konstitusiyaya görə, qiymət siyasəti hökumətə həvalə olunub. Vaxtilə Milli Məclisdə çıxış edərkən bildirmişdim ki, bu səlahiyyəti hökumət yerinə yetirməli, əmtəələrin və s. qiymətləndirilməsi məsələsi hökumətin səlahiyyətinə aid olmalıdır. Həm də hökumət bu məsələni daha operativ tənzimləyə bilər, nəinki qanunverici hakimiyyətin bunu etməsi”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib. 

“Əslində qiymət siyasəti icra funksiyalarına daxildir və bu işlə hökumət məşğul olmalıdır. Tarif Şurası kollegial orqan olsa da, heç bir vəziyyəti müzakirə etmir. Bir dəfə də olsun ictimaiyyət nümayəndələri dəvət olunmayıb ki, baxaq görək, Tarif Şurasında bu məsələlər necə müzakirə olunur? Qiymət tənzimlənməsi necə aparılır? Adətən görürük ki, gecə qərar verdilər, səhər qiymət dəyişdi. Uzun müddət bunun şahidi olmuşuq. Həmişə tərəfdarı olmuşam ki, hökumətin yaratdığı ictimai əsaslı Tarif Şurası deyil, hökumətin özü birbaşa qiymət siyasətini Konstitusiyada nəzərdə tutulduğu kimi həyata keçirsin”, - o bildirib. 

 

Aytəkin Qardaşova 

Tarix: 16 Yanvar 2025, 12:14   
Seçilən
0
pravda.az

1Mənbələr