AZ

Paşinyan qorxuya düşüb: Geri çəkilir?

“Ermənistanın Avropa İttifaqına üzvlüyü ilə bağlı qanun layihəsinin təsdiqindən sonra Rusiyadan gələn təhdidlərin Baş nazir Nikol Paşinyanı narahat etdiyini, o, bir neçə gün əvvəl İcevanda icra və qanunvericilik orqanlarının rəsmilərinin iştirakı ilə müzakirələr təşkil edərək çıxış yollarının tapılmasını təklif etdiyini yazmışdıq”.

“Cebehinfo.az” xəbər verir ki, bunu Ermənistanın “Hraparak” qəzeti yazır. 

“Paşinyan bəyan etdi ki, geri addım atmaq və layihəni qəbul etməkdən imtina etmək mümkün deyil. Lakin Aİ-yə üzvlüklə bağlı qanun layihəsi parlamentdə olsa da, Milli Assambleyanın bazar ertəsi baş tutacaq yaz sessiyasının ilk iclasının gündəliyinə daxil edilməyib. Hakim “Mülki Müqavilə” Partiyasının bir çox deputatı qanun layihəsini “təhlükəli nəticələri olan macəra” hesab edərək qəbul edilməsinə qarşı çıxır. Yeri gəlmişkən, layihənin mətni hakim partiyada zarafat mövzusuna çevrilib. Çoxları Avropaya tələsənlərin savadsızlıq və primitivlik səviyyəsindən şoka düşdüklərini deyirlər”, - nəşr qeyd edir.

Seçilən
0
cebheinfo.az

1Mənbələr