AZ

Az qala Messinin ailəsini dağıdacaqdı: Cazibədar jurnalist o gülüşün sirrini açıqladı

Xatırlayırsınızsa, bir müddət əvvəl "İnter Mayami"nin və Argentina millisinin ulduz futbolçusu Lionel Messi və Antonela Rokkutso evliliklərində ən böyük böhranla üzləşdilər.

Publika.az xəbər verir ki, cütlük, hətta boşanma həddində idi. İspaniya mətbuatının yazdığına görə, jurnalist Sofiya Martinez futbolçunun evliliyində böhranın səbəbi idi.

Argentinalı ulduzun həmyerlisi olan qadın şayiələrə münasibət bildirib. O, iddiaları təkzib edib:

“Düşünürəm ki, Leonun bir çox jurnalistlə yaxşı münasibəti var. Onları bəyəndiyi üçün gülümsəyir. Bundan əlavə, o, yaxşı atmosfer yaradan insandır. Tək fərq odur ki, mən qadınam. Ona görə də insanlar fərqli şeylər deyirlər, yazırlar. Mən bir az üzülürəm ki, onlar bunu belə qəbul edirlər

Bu absurd idi. İnsanlar orada olmayan bir şey gördülər. Getdikcə daha çox insan “ona görün necə baxır” deyirdi. Mən tamamilə uydurulmuş bir vəziyyətdə ilişib qalmışdım. Diqqət mərkəzində olmağın qaranlıq tərəfi var. Ailəm bundan çox əziyyət çəkir”.

Seçilən
6
publika.az

1Mənbələr