AZ

Türk dövlətləri arasındakı əməkdaşlıq Orta dəhlizin inkişafına vacib töhfədir - Şahin Bağırov

Bakı. Trend:

Türk dövlətləri arasındakı əməkdaşlıq Orta dəhlizin inkişafınavacib töhfədir.

Trend xəbər verirki, bunu Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədri Şahin BağırovTürkdilli Dövlətlər Təşkilatının gömrük xidməti rəhbərlərinin sayca10-cu iclasında etdiyi çıxışda bildirib.

O qeyd edib ki, Azərbaycanda nəqliyat infrastrukturununmüasirləşdirilməsi, tranzit potensialının artırılması və beynəlxalqəməkdaşlığın inkişaf etdirilməsi üzrə kompleks tədbirlər həyatakeçirilir.

“Ən vacib layihələrdən biri Orta Dəhlizdir. Son hadisələrin vədəyişən qlobal reallıqların fonunda Azərbaycandan keçən Orta Dəhliztəkcə bizim region üçün deyil, həm də qlobal ticarət və nəqliyyatsistemləri üçün əhəmiyyət kəsb edir. Daha dayanıqlı və dahaetibarlı nəqliyyat marşrutlarının və tədarük zəncirlərinin axtarışıfonunda bu dəhlizin əhəmiyyəti artmaqdadır. Türk dövlətləriarasındakı əməkdaşlıq Orta Dəhlizin inkişafına vacib töhfədir”, -deyə Ş.Bağırov bildirib.

O qeyd edib ki, bu gün Orta Dəhlizlə daşınmaların həcmiəhəmiyyətli dərəcədə artıb və bu da öz növbəsində onunfunksionallığını və ona tələbatın olmasını təsdiq edir.

“Türk dövlətləri arasındakı mövcud əməkdaşlıq və qarşılıqlıdəstək, dəhlizin gələcək inkişafı üçün möhkəm təməl salır. Xüsusiləqeyd etmək lazımdır ki, nəqliyyat və logistika sahəsində əməkdaşlıqregion ölkələrinə qlobal ticarət marşrutlarında daharəqabətədavamlı mövqe tutmalarına imkan verir.

15 mart 2023-cü ildə Transxəzər Beynəlxalq Dəhlizi çərçivəsində“vahid pəncərə” prinsipinin tətbiq olunması yolu ilə tranzit gömrükprosedurlarının sadələşdirilməsi üzrə çoxtərəfli görüş keçirilib.Həmin görüşün yekunlarına əsasən, Orta Dəhliz boyunca yerləşənölkələr üçün tranzit portalın çoxtərəfli informasiya sistemininyaradılması ilə bağlı qərar qəbul olunub”, - deyə Ş.Bağırovbildirib.

Seçilən
7
az.trend.az

1Mənbələr