AZ

Azərbaycanın bal brendi - KƏND BABA: Keyfiyyətdə rəqibimiz yoxdu

Ötən gün bal bazarında saxta məhsuilların olması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yaydı. Məlum oldu ki, 27 bal məhsulu partiyasında uyğunsuzluqlar müəyyən edilib.

Ekspertlərin fikrincə, hazırda bal bazarında saxta məhsullar ümumi satışın 90 faizindən çoxunu təşkil edir. Restoranlarda bal adı ilə şəkər tozundan hazırlanmış məhlul satılır. Müəyyən qatqı və rənglərlə insanlar aldadılır.

Gerçək bal necə müəyyən edilməlidir, insanlara hansı bal tövsiyə olunur?

Modern.az-ın suallarını “KƏND BABA” brendli Kəlbəcər balının istesalçısı Xalid Nağıyev cavablandıraraq bildirib ki, hazırda bazarda hər cür, hər keyfiyyətdə məhsullara rast gəlinir:

“O məhsulların çoxuna qənd və qənnadı məhsulu desək, daha doğru olar. Elə bu səbəbdən də təsadüfi deyil ki, müntəzəm olaraq dövlət qurumları tərəfindən məhsulların keyfiyyətini dəqiqləşdirmək üçün monitorunqlər aparılır.

Digər məhsullarla müqayisədə əsl keyfiyyətə malik balın miqdarı o qədər də çox olmur. Bu səbəbdən də təbii bal istehsal edən əsas arıçılar öz məhsullarını ilk olaraq yaxın ətrafına satır, artıq qalarsa ümumi bazara yönləndirir. Bu isə çox az halda baş verir”.

X. Nağıyevin fikrincə, məhz bu səbəbdəndur ki, təşkil olunan bal yarmarkalarında balın qiyməti istehsal olunduğu yerdən və növündən asılı olaraq kəskin fərqlənir.

“Bu gün bütün bazarlarda, marketlərdə “Kəlbəcər balı” adı ilə müxtəlif məhsullar satılır. Axı Kəlbəcərdə bu qədər bal istehsal edilməyib.

Kəlbəcərdə bal çox keyfiyyətli olur, ancaq məhsul çox olmur. Ötən il 11-13 pətəkli arı ailəsindən 2-3 kiloqram bal tədarük edə bildik. Bunu deməkdə məqsədim odur ki, insanlarımız aldanmasınlar.

Bir məsələyə diqqət yetirin ki, tanınmış bal istehsalçılarının təqdim etdiyi məhsulların sertifakatını tələb etdikdə, ortaya bir sənəd çıxara bilmirlər. Yəni əslində bu gün bazarda mövcud olan məhsulların hamısının təbii olmasına şübhə yaranır. Ona görə də yalancı bal bazarda az qala şəkər tozu qiymətinə satılır”.

Müsahibimiz bildirib ki, balın yoxlanılmasının müxtəlif üsulları var, amma son vaxtlar ən çox məşhur olan "genetik yaddaş" üsuludur:

“Belə ki, bir qədər bal nəlbəkiyə qoyulu üzərinə ehtiyatla soyuq su əlavə edilir və ehmalca nəlbəkini sağa-sola hərəkət etdirməklə balın uzərindəki dəyişiklik nəzarətdə saxlanılır. Bir anda bal damlasının üzərində pətək səkili formalaşır. Əgər bu hal müşahidə olunmursa, demək ki, balın təbiiliyi şübhə doğurmalıdır. Başqa bir üsul balın qaşıqdan necə süzülməsidir. Sonadık qırılmadan süzülürsə və bitdikdə qalan hissə qaşığa doğru qayıdırsa, bu da təbii bal hesab edilir”.

“KƏND BABA” Kəlbəcər balının keyfiyyətinə gəlincə, arıçı iddia edir ki, keyfiyyət baxımından Azərbaycanda özlərinə rəqib görmürlər.

“Bizim Qida Təhlükəsizliyi Agentliyindən sertifikatımız var. Ancaq bu, bizim üçün əsas deyil. Əsas olan odur ki, gerçək arıçı balına haram qatmaz. Biz balımızın keyfiyyətinə tam təminat veririk. Kəlbəcər çiçəklərinin ətrini bizim baldan almaq olar. Bal dəllalarının bazarlardan çıxarılması isə bizim gücümüzdə olan məsələ deyil”.



Seçilən
0
modern.az

1Mənbələr