AZ

Gənc nəslin cəmi 4%-i köhnə texnologiyadan istifadə edə bilir – ALİMLƏRDƏN DÜNYA İLƏ BAĞLI STATİSTİKA

“Z” nəsli texnologiyaya ən meylli nəsil hesab olunsa da bu qrupun üzvlərinin gözləntilərə uyğun davranmadıqları hallar da müşahidə olunur. 

Avtosfer.az xəbər verir ki, rəqəmsal dövrün nümayəndələri olan bu gənclər texnoloji sahədə daha üstün bacarıqlara sahib olduqları düşünülməsinə baxmayaraq, iş mühitində onlara qarşı həddindən artıq yüksək tələblər və stereotiplərlə qarşılaşırlar. Bu vəziyyət onların texnologiyaya maraqlarını zəiflədə və müəyyən çətinliklər yaşamaqlarına səbəb ola bilər.

Bu, xüsusilə "Tech Shame" (Texniki Utanc) adlanan problemlə əlaqələndirilir. Gənclərin printer, skaner kimi köhnəlmiş ofis avadanlıqlarından istifadədə çətinlik çəkmələri bəzən tənqidlərə səbəb olur. Bununla bağlı maraqlı bir sual yaranır: gənclərin texnologiya ilə əlaqədar bu çətinlikləri onların öz günahıdır, yoxsa texnologiyanın dəyişən dinamikaları ilə əlaqədardır?

Tədqiqat nəticələri nə deyir?

2022-ci ildə “LaSalle” şəbəkəsinin apardığı sorğuya görə, gənc məzunların 48%-i iş həyatına uyğun texnoloji biliklərə sahib deyil. Bundan əlavə, “HP” tərəfindən aparılan "Hibrid İş: Biz hələ də bunun içindəyik?" tədqiqatı göstərib ki, dünya üzrə hər 10.000 ofis işçisinin 20%-i ofis avadanlıqlarından istifadəyə dair biliyi olmadığı üçün tənqid olunur. Digər nəsillərdə isə bu rəqəm cəmi 4% təşkil edir.

“HP”nin Böyük Britaniya və İrlandiya üzrə rəhbəri Debbie Ayriş gənc işçilərin köhnə həmkarlarına nisbətən daha çox "Texniki Utanc" hiss etmələrinin onlar üçün gözlənilməz olduğunu bildirib. Ayriş bu vəziyyətin fərqli səbəblərdən qaynaqlandığını vurğulayıb.

Texnoloji biliklərin fərqliliyi: “Z” nəsli texnologiyanın gündəlik həyatın bir parçası olduğu mühitdə böyümələrinə baxmayaraq, texnoloji təcrübələr homogen deyil. Markos Merino qeyd edir ki, texnoloji biliklər cihazların və mühitlərin spesifikliyinə bağlı olaraq fərqli ola bilər. Məsələn, bu gün printer və ya skaner kimi texnologiyalar artıq çox az evdə mövcuddur, bu da gənclərin bu cihazlarla əlaqəsini zəiflədir.

Pandemiya dövründə “HP”nin istehlakçı printerlərdən əldə etdiyi gəlirin cəmi 21% artması, evdən işləməyə keçidin belə texnologiyalara marağı artırmadığını göstərir. Bu, printerlər kimi texnologiyaların bəzi insanlar üçün artıq gərəksiz hala gəldiyini sübut edir.

Məsələnin kökündə isə dəyişən texnoloji ehtiyaclar və gənc nəsil üzərində formalaşan gözləntilər dayanır. Z nəslinin texnoloji meyilliliyi daha çevik və yenilikçi sahələrə yönəlsə də klassik ofis avadanlıqları ilə bağlı təcrübə zəifliyi onların mühakimə olunmasına səbəb ola bilər.

Eltac Zülfüqaroğlu

Seçilən
0
avtosfer.az

1Mənbələr