Avstraliyada həyəcan
Avstraliyanın Kvinslend ştatında ölümcül Hendra, Lyssavirus və Hantavirus viruslarının olduğu 323 flakon yoxa çıxıb. Səhiyyə naziri Tim Nicholls hadisəni ciddi biotəhlükəsizliyin pozulması kimi qiymətləndirib və araşdırmaya başlanıldığını açıqlayıb. İtirilən nümunələrin xalq sağlamlığı üçün minimal risk təşkil etdiyi bildirilərkən, laboratoriya prosedurlarına yenidən baxılacağı açıqlanıb.
Queensland Baş Səhiyyə Mütəxəssisi Dr. Cerrard bildirib ki, bu nümunələr aşağı temperaturda saxlanmasa, onlar tez xarab ola və yoluxucu xüsusiyyətlərini itirə bilərlər.
Dr. Cerrard, son beş ildə Kvinslenddə heç bir Hendra və ya Lyssavirus infeksiyasının olmadığını və Hantavirusun Avstraliyada heç vaxt görülmədiyini bildirərək, ictimai narahatlıqları aradan qaldırmağa yönəlmiş açıqlamalar verib.