AZ

Dəfnindən bir neçə saat öncə dirildi

Hindistanda 67 yaşlı kişi dəfnindən bir neçə saat əvvəl qəflətən dirilib və gözlərini açıb.

Söz.az xəbər veriir ki, bu barədə "News9Live" məlumat yayıb.

Karnataka ştatının yaşlı sakininin Manqalor şəhərindəki xəstəxanada müalicə alıb. Onun insultdan sonrakı vəziyyəti ağır olaraq qiymətləndirilib. Yanvarın 13-də həkimlər xəstənin nəfəsinin dayandığını və ona heç bir köməklik edə bilməyəcəyini bildiriblər. 

Kişinin ailəsi lazımi sənədləri toplamağa və doğma şəhərində vida mərasimi hazırlamağa başlayıb.

67 yaşlı kişi təcili yardım maşınına mindirilərək evə aparılıb. Beş saatlıq yolda o, heç bir həyat əlaməti göstərməyib, lakin kişi şəhər xəstəxanasına aparılarkən həkim mərhumun əlini güclə tərpətdiyini görüb.

Məlum olub ki, kişi bütün müddət ərzində həqiqətən nəfəs alıb. Xəstə reanimasiyaya yerləşdirilib və səhəri gün vəziyyəti stabilləşib. Bir müddət sonra isə özünə gəlib, gözlərini açıb və yanında oturan həyat yoldaşına baxıb.


Seçilən
1
1
soz.az

2Mənbələr