AZ

"Ukraynada istənilən sülh danışıqlarının bir hissəsi olmalıdır" -Fransa XİN

Fransa Ukraynada istənilən sülh danışıqlarının bir hissəsi olmalıdır. Bunu RTL radiosuna müsahibəsində Fransanın xarici işlər naziri Jan-Noel Barrot deyib.

Jurnalistlər diplomatdan Fransanın Rusiya prezidenti Vladimir Putinlə danışıqlara hazır olub-olmadığını soruşublar. Münki ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp mümkün danışıqların baş tutacağını açıqlayıb.

Barrot isə bunları xatırladıb: "Fransa hər zaman vurğulayır ki, əgər Ukrayna razılaşarsa, nə vaxtsa Rusiya danışıqlara cəlb oluna bilər". Nazirin sözlərinə görə, Fransanın Avropada təhlükəsizliklə bağlı istənilən danışıqlarda iştirak etməsi vacibdir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Seçilən
0
news365.az

1Mənbələr