AZ

Qazaxıstan komissiyası təyyarə qəzası ilə bağlı qeyri-rəsmi məlumatları şərh etməyəcək

Astana, 16 yanvar, AZƏRTAC

Qazaxıstan Nəqliyyat Nazirliyinin hava qəzasının təhqiqatı Komissiyası baş vermiş hadisənin səbəblərini müəyyən etmək istiqamətində fəaliyyətini davam etdirir.

AZƏRTAC Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Komissiya ilkin hesabat dərc olunana qədər heç bir rəsmi mənbəyə malik olmayan internet məlumatlarını şərh etməyəcək.

Qeyd olunur ki, Komissiya Qazaxıstan Respublikası qanunvericiliyinin və ICAO-nun 13 saylı Əlavəsinin tələblərinə uyğun olaraq ilkin hesabatı dərc edəcək.

Xatırladaq ki, AZAL-a məxsus və Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Bundan əvvəl Aviasiya Qəzalarının Tədqiqi və Qarşısının Alınması Mərkəzi (CENIPA) Braziliyadakı “qara qutu”ların təhlilini aparıb və müvafiq məlumatı Qazaxıstana göndərib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
6
azertag.az

1Mənbələr