AZ

Bayden: ABŞ konstitusiyaya dəyişiklik etməlidir

Bayden:

ABŞ prezidenti vəzifəsini tərk etməyə hazırlaşan Co Bayden hesab edir ki, Birləşmiş Ştatlar qanunu pozan prezidentlərin və keçmiş dövlət başçılarının cəzalandırılmasına imkan vermək üçün konstitusiyasına dəyişiklik etməlidir.

Reyting.az
xəbər verir ki, yanvarın 20-də prezident vəzifəsini tərk edəcək Bayden bunu həmvətənlərinə vida çıxışında deyib.

“Biz konstitusiyaya düzəliş etməliyik ki, heç bir prezidentin vəzifədə olarkən törətdiyi cinayətlərə görə immuniteti olmasın”, - deyən Bayden əlavə edib ki,ABŞ-da prezident hakimiyyəti “mütləq deyil və olmamalıdır”.

Xatırladaq ki, prezident Bayden 2020-ci il seçkilərində respublikaçı Trampa qalib gəlib. Tramp bu səsvermənin nəticəsini şübhə altına alaraq mübahisələndirib. 2021-ci il yanvarın 6-da Vaşinqtonda onu dəstəkləmək üçün çoxminlik nümayişə toplaşan respublikaçı tərəfdarları seçkilərin nəticələrinin təsdiqlənməsinə mane olmağa çalışaraq Konqresə basqın edib.Konqresdəki demokratlar daha sonra Trampı üsyana təhrikdə ittiham ediblər. Bundan əlavə, 6 yanvar hadisələrini araşdırmaq üçün Baydenin rəhbərliyi altında təyin edilmiş xüsusi prokuror Cek Smit 2023-cü ildə Trampa qarşı dörd maddə üzrə ittiham irəli sürüb. O, faktiki olaraq qanunsuz hərəkətlərlə hakimiyyəti əldə saxlamağa cəhddə ittiham olunub. Bununla belə, 2024-cü ilin yayında ABŞ Ali Məhkəməsi Trampın təqibdən qismən toxunulmazlığını tanıyıb. Tramp 2024-cü ilin noyabrında keçirilən seçkilərdə qalib gəldikdən sonra prokuror Smit Trampın işini rədd etmək üçün vəsatət qaldırıb. Çünki ABŞ praktikasına görə, prezident həm inzibati, həm də cinayət təqibindən immunitetə malikdir.

E. KAMAL
Seçilən
7
reyting.az

1Mənbələr