AZ

Fransa Ukrayna üzrə sülh danışıqlarında iştirak etməkdə israrlıdır

Ajans.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib.

“Fransanın Avropa təhlükəsizliyi ilə bağlı istənilən danışıqların bir hissəsi olması vacibdir. Bu gün Ukraynada baş verənlər bu ölkənin ərazi bütövlüyünə aiddir, lakin Avropanın birbaşa təhlükəsizlik maraqlarına da toxunulur”, - XİN rəhbəri vurğulayıb.

Bundan əvvəl Britaniyanın “The Telegraph” qəzeti Fransa prezidenti Emmanuel Makronun Ukraynaya sülhməramlı qüvvə kimi fransız qoşunlarının göndərilməsini müzakirə etdiyini yazıb.

Seçilən
0
2
Ajans.az

3Mənbələr