AZ

Çay evində müştərini döydüyünə görə həbs edilən şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə xuliqanlıqda təqsirləndirilən Qabil Məmmədovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayət təmin edilməyib.


Qeyd: Bərdə Rayon Məhkəməsinin hökmü ilə ona bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Gəncə Apellyasiya Məhkəməsi protesti təmin edib, bəraət hökmü ləğv olunub. İş üzrə ittiham hökmü çıxarılıb. Belə ki, təqsirləndirilən şəxs 1 il 11 ay 11 gün müddətinə azadlıqdan məhrum edilib. Qabil Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə iclas zalından həbsə alınıb.


İttihama görə, hadisə 15 dekabr 2022-ci il tarixdə, saat 02 radələrində Bərdə şəhəri, Yusif Nağıyev küçəsində yerləşən “Nur” çay evində qeydə alınıb.


Belə ki, Qabil Məmmədov yüngül dərəcəli sərxoş vəziyyətdə orada müştəri qismində olan zərərçəkmiş Baba Səfərovla (şərti) mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmişin onun ünvanına nalayiq ifadələr işlətməsinə irad bildirməsi olub. Sonra o, çay evinin zal hissəsində ağac dəyənəyi yerdən götürüb Babanın baş nahiyəsinə qəsdən bir dəfə zərbə endirərək ona xəsarət yetib.


Daha sonra Qabil Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov 

Tarix: 16 Yanvar 2025, 12:24   
Seçilən
0
pravda.az

1Mənbələr