AZ

Zelenski Ukrayna qoşunlarının sayını açıqlayıb

“Ukrayna ordusunun sayı 880 min nəfər olaraq qalır və onu azaltmaq planı yoxdur”.

Herbiand.az bildirir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Varşavada Polşanın baş naziri Donald Tusk ilə keçirdiyi mətbuat konfransında deyib.

Qeyd edək ki, 2024-cü ilin yanvarında ARD telekanalına müsahibəsində Vladimir Zelenski Ukrayna əsgərinin sayını açıqlayanda da bu rəqəmi demişdi.

Bununla belə, onun sözlərinə görə, 880 min nəfər hərbçi ölkə daxilində səpələnib. Buna görə də Kiyev Ukrayna Silahlı Qüvvələrinin sayının azaldılmasının əleyhinədir və Fransa prezidenti Emmanuel Makronun xarici hərbi kontingentin yerləşdirilməsinə dair təşəbbüsü ətraflı öyrənilməlidir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
16
6
herbiand.az

10Mənbələr